Geely Monjaro, 1.5 L, 2024 il, 21 637 km
- Yeniləndi: 24.09.2025
- Baxışların sayı: 1341
Avtomobil Geely Monjaro-nun 2024-cü ildə istehsal olunub. Modelin ən yüksək səviyyəli — 1.5T Tiangong Edition komplektasiyasıdır. Bu versiyada Infinity premium audio sistemi, arxa oturacaqlar üçün ayrıca klimat kontrolu, head-up display, zavod istehsalı qara arxa şüşələr və digər premium funksiyalar mövcuddur. İlk sahibiyəm, avtomobili 2024-cü ilin iyulunda ölkəyə gətirmişəm. O vaxtdan yalnız şəhər içində, səliqəli şəkildə idarə olunub. Texniki spesifikasiyaya görə avtomobil rəsmi olaraq AI-92 markalı yanacaqla işləyir, amma avtomobilin sağlamlığı üçün alındlığı gündən etibarən yalnız AI-95 yanacaqla sürmüşəm. Yağ və hava filterləri mütəmadi olaraq dəyişdirilib. Avtomobil hər il kasko sığorta olunub və hazırda kasko sığorta 2026-cı ilin iyul ayına qədər də qüvvədədir. Vuruğu yoxdur, rənglənməyib. Daxili və xarici görünüşü premium səviyyədə qorunub. Maşının proqram təminatı hazırda Çin dilindədir. Bakı servislərində kiçik məbləğ qarşılığında digər dillərə dəyişdirilə bilir, amma mən dəyişdirməmişəm. Həqiqi premium SUV axtaranlar üçün ideal seçimdir.
📌 Əsas məlumatlar
• Mühərrik: 1.5T L4 hibrid benzin, 163 a.g. (120 kW), 255 N·m
• Elektrik mühərriki: 136 Ps
• Transmissiya: 3 pilləli DHT hibrid aqreqatı
• Bədən: 5 qapılı SUV, 5 nəfərlik
• Ölçülər: 4795 × 1895 × 1689 mm
• Sürətlənmə: 0–100 km/s – 8 saniyə
• Maksimum sürət: 200 km/s
• Yanacaq sərfiyyatı (WLTC): ~4.8 L/100 km
________________________________________
🛡️ Təhlükəsizlik və idarəetmə
• ABS, EBD, BA, ESP sistemləri
• Təkər təzyiqinə nəzarət
• Ön və arxa park radarları, 360° kamera + şassi perspektivi
• Avtomatik və uzaqdan idarə olunan parkinq
• Dik yamac eniş və yoxuşda start yardımı
• Tam sürətli adaptiv kruiz kontrol
• Zolaqdan çıxma xəbərdarlığı (LDWS), zolaq saxlama sistemi (LKAS), avtomatik zolaq dəyişmə köməkçisi
• Yol nişanlarının tanınması, aktiv əyləc sistemi
• L2 səviyyəli sürücü köməkçi texnologiyası
________________________________________
🌟 Komfort və salon
• Infinity premium səs sistemi
• Head-up display (ön şüşədə proyeksiya)
• Arxa oturacaqlar üçün ayrıca klimat kontrolu
• Elektrik tənzimlənən oturacaqlar (sürücü oturacağı yaddaşlı)
• Oturacaqların isitmə və havalandırma funksiyası
• 72 rəngli daxili mühit işıqlandırması
• Açılan panoramik lyuk
• Dəri salon, 12.3” LCD alət paneli
• Zavod istehsalı qara arxa şüşələr
________________________________________
📱 Multimedia və əlaqə
• Bluetooth və mobil xəritələmə dəstəyi
• Huawei HiCar inteqrasiyası
• Yol kənarında yardım çağırışı funksiyası
- Yüngül lehimli disklər
- ABS
- Lyuk
- Yağış sensoru
- Mərkəzi qapanma
- Park radarı
- Kondisioner
- Oturacaqların isidilməsi
- Dəri salon
- Ksenon lampalar
- Arxa görüntü kamerası
- Oturacaqların ventilyasiyası
- 360º kamera
Davam etmək üçün elanınızın PIN-şifrəsini qeyd edin.
PIN-şifrəni, elan saytda dərc edilərkən Turbo.Az-dan Sizə göndərilən məktubdan götürə bilərsiniz.
PIN-şifrəni unutmusuz?Bu elan silinəcək, lakin onun ödənişli bərpası mümkündür.
Elanın 10 günlük bərpası - 5 AZN.
Zəhmət olmasa, elanın silinməsini təsdiqləmək üçün PIN-şifrəni daxil edin.
PIN-şifrəni, elan saytda dərc olunan zaman Turbo.az-dan Sizə göndərilən məktubda tapa bilərsiniz.
PIN-şifrəni unutmusuz?PIN-şifrəni SMS vasitəsilə əldə etmək.
Xidmətin qiyməti - 1 AZN.
Təşəkkür edirik, ödənişiniz qəbul olundu.
PIN-şifrə (050) 999-56-●● nömrəsinə göndərildi.

Təşəkkür edirik, ödənişiniz qəbul olundu.
Elanınız son elanlar bölməsində və axtarış nəticələrində birinci yerə qalxacaq.
Təşəkkür edirik, ödənişiniz qəbul olundu.
Bir neçə dəqiqədən sonra, elanınız ana səhifədəki və axtarış nəticələrindəki VIP bölməsində yerləşdiriləcək.
Təşəkkür edirik, ödənişiniz qəbul olundu.
Bir neçə dəqiqədən sonra sizin elanınız əsas səhifədə “Premium” bölməsində yerləşdiriləcək.